“Dövlət Aqrar Ticarət Şirkəti” MMC “ Kənddən şəhərə” marketlər şəbəkəsinin tərkibində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 154a ünvanınada yerləşən və Xətai rayonu M.Hadi küçəsi 23/24 ünvanında yerləşən marketin təmir işlərinin satınalınması üzrə açıq tenderə dəvət edir.
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, http://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlarvə tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təş– kilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
İştirak haqqı:
Lot 1 300,00 AZN
“Dövlət Aqrar Ticarət Şirkəti” MMC
Ünvan: AZ 1000, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 154a
VÖEN: 1005376781
Bank rekvizitləri:
H/h: AZ67AİİB38070059440419533105
Bank: Kapital Bank ASC Səbail filialı
VÖEN: 9900003611
Kod: 200059
M/h: AZ37NABZO1350100000000001944
S. W. İ. F. T. BİK: AİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
–Tenderdə iştirak etmək üçün müraciət;
– İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
–Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
–Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
–Tender təklifi dəyərinin 1 (bir) %-i həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
–Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
–İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
–İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
–İddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında“ Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 07 oktyabr 2019–cu il saat 18:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 16 oktyabr 2019–cu il saat 18:00 tarixinə qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçılann təklifləri 17 oktyabr 2019-cu il saat 11:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndiril məsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.