"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC Bakı şəhəri, Yasamal rayonu, Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırma işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
FED.az xəbər verir ki,tenderdə binaların uçurulma metodu ilə sökülməsi, ekskavatorla inşaat tullantısının özüboşaldan maşına yüklənməsi və 15 km məsafəyə daşınması, torpağın töküntü yerində işlərin yerinə yetirilməsi və s. işləri nəzərdə tutulur.
Ehtimal olunan qiymət 38 milyon manatdır. İştirak haqqı 5 min 700 manatdır.
Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 12.12.2024 19:21
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 23.12.2024 17:00
Zərflərin açılış tarixi və vaxtı:23.12.2024 17:00