"Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı"nın abadlaşdırılması işlərinin satın alınması üzrə tender elan edilib.
Avtomobillərin təmiri üzrə - TENDER ELANI - SİYAHI
FED.az xəbər verir ki, tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev ünvanında yerləşən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-dən (əlaqələndirici şəxs: Əhməd Məmmədov, tel: 496-52-05) ala bilərlər:
İşlərin qısa təsviri:
"Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı"nın abadlaşdırılması işlərinin görülməsi
Tenderdə iştirak haqqı: 3000,00 (üç min) AZN
Hh: AZ22IBAZ38030019446253269215
VÖEN: 1702563281
Kod: 805625
VÖEN: 9900001881
M/h: AZ03NABZ01350100000000002944
SWİFT: IBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tender iştirakçıları tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 95 bank günü ərzində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi ölkə, rekvizitləri;
- malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar;
- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
- iddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir);
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış;
- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış;
- mühasibat balansları, mənfəət və zərər haqqında hesabat;
- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması (son üç il (01 yanvar 2019-cu il - 30 may 2022-ci il) ərzində ümumi məbləği 10 milyon AZN-dən az olmayan, oxşar parkın əsaslı təmiri işini əhatə edən (oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnoloqiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) ən azı bir sifarişi baş podratçı kimi qənaətbəxş şəkildə icra etməsi haqda məlumat və təsdiqedici sənədlər (müqavilə, işlərin təhvil aktları təqdim edilməklə) son üç il (01 yanvar 2019-cu il - 30 may 2022-ci il) ərzində ən azı 5 milyon AZN dövriyyə tələb olunur. Tenderdə iştirak üçün iki və ya daha artıq tərəfdaş şirkətdən ibarət birgə müəssisə yaratdıqda, TMV 1-ci və 2-ci bəndində tələb olunan sənədlər hər bir şirkət üçün ayrılıqda təqdim edilməlidir;
- podratçının son 3 (üç) il (2019-2021) ərzində təhvil verdiyi parkın ümumi sahəsi azı 100 000 (yüz min) m2 təşkil etməlidir (Qeyd: parkın ərazisində tamet işləri, mərmər işləri, ən azı 1 müasir standartlara cavab verən fəvvarə və ya göl tikintisində təcrübəsi olan) və digər məlumatları özündə əks etdirən təsdiqedici sənədlər təqdim edilməlidir;
- iddiaçının avadanlığı və texnikası barədə məlumatlar;
- tələb olunan işçi heyəti 1) Yol mühəndisi - minimum 2 il təcrübəsi olmalıdır.
2) Geodez-Topoqraf - minimum 5 il təcrübəsi olmalıdır. 3) Təhlükəsizlik mühəndisi (SƏTƏM) - minimum 2 il təcrübəsi olmalıdır. 4) İş icraçısı - minimum 2 il təcrübəsi olmalıdır. 5) Mühəndis-mexanik - minimum 2 il təcrübəsi olmalıdır. 6) Mühəndis elektrik - minimum 2 il təcrübə olmalıdır. 7) İxtisaslı botanik.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir.
Tender iştirakçıları tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20.07.2022-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28.07.2022-ci il saat 17:00-a qədər Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev, 17 ünvanında yerləşən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-yə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev, 17 ünvanında yerləşən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-də 29.07.2022-ci il saat 11:00-da açılacaqdır.