Bakı Şəhər Əsaslı Tikinti və Təmir "“Bakı şəhəri ərazisində məhəllədaxili yollarda və səkilərdə asfalt ortüyünün təmiri”nin satınalınması" ilə bağlı tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Xezer Construction" MMC (vöen: 1603218151) seçilib.
Tenderin dəyəri 2 508 631 manatdır.
"Xezer Construction" MMC 26.02.2018 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 200 manatdır.
Qanuni təmsilçisi Rəmzi Binnətov Rüfət oğludur.
"Xezer Construction" MMC 2020-ci ildən bu yana 13 tender üzrə qalib gəlib.
Hüquqi ünvanı Az1031, Bakı Şəhəri Nizami Rayonu, Keşlə Ştq, Zakir, ev 11/30-da yerləşir