Təhsilin İnkişafı Fondu “Bakı şəhəri, Nərimanov rayonu 57 nömrəli tam orta məktəbin sökülərək yerində 480 şagird yerlik yeni binanın tikintisi işlərinin satınalınması” təkliflər sorğusunun nəticələrini elan edib.
Məktəb binalarının təmir və tikintisini bu şirkətlər – HƏYATA KEÇİRƏCƏK, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, tenderinin qalibi “Global İnteriors Group” MMC olub.
Qalib şirkətlə 3 640 578 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Global İnteriors Group” MMC 2002-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ruslan Hacıyev Şahin oğludur. Hüquqi ünvanı AZ1065, Bakı Şəhəri Nəsimi Rayonu, Abbasqulu Ağa Bakıxanov, ev 6 ünvanında yerləşir.