Baş Prokurorluq tikinti işləri ilə bağlı iri tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki, Bakı şəhəri Nəsimi, Nərimanov, Binəqədi rayon prokurorluqlarının yeni inzibati binalarının, Bakı şəhər prokurorluğunun istismarı üçün yeməkxana, inzibati otaqlar və 141 nəfərlik iclas zalının tikinti işlərinin satın alınması "Azəraqrartikinti" ASC-yə həvalə olunub.
Qalib şirkətlə 10 222 299 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Azəraqrartikinti” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 11 229 400 manatdır və qanuni təmsilçisi isə Ramin Məmmədovdur.