"Bakı Telefon Rabitəsi" MMC tenderlərinin qaliblərini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibləri "C.E.S.-2008" MMC və "Ann Group" MMC olub.
"Bakı Telefon Rabitəsi" MMC fiber optik kabellərin satın alınması üçün "C.E.S.-2008" MMC ilə 1 milyon 201 min 330 manat, Bakı şəhəri, Yasamal rayonu Tbilisi prospekti 107 ünvanında yerləşən inzibati binanın və həyətdəki köməkçi binaların təmir işlərinin satınalınması üçün "Ann Group" MMC ilə 904 min 465 manat məbləğində müqavilələr bağlayıb.
"Bakı Telefon Rabitəsi" MMC tenderlər üçün ümumilikdə 2 milyon 105 min 795 manat xərcləyib.