Fed.az xəbər verir ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi açıq tenderə dəvət edir.
Tender 1 lot üzrə keçirilir:TR-069 Proqram təminatının və serverin satınalması Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tender təkliflərini imzalanıb möhürlənmiş, ikiqat zərflərdə yazılı təqdim etsinlər. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları, təyinat yerinə daşıma xərcləri nəzərə almalıdırlar. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 1000 (bir min) manat (ƏDV xaric) iştirak haqqını sifarişçinin aşağıdakı hesablaşma hesabına köçürdükdən sonra “Bakı Telefon Rabitəsi” MMC-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında
yerləşən inzibati binasında tenderin əsas şərtlər toplusunu ala bilərlər.
VÖEN: 9900044741
Hesab:
AZ14AZPO91015461200420100157
Bank: Azərpoçt MMC PF 1
Kodu: 691011
Bankın VÖENİ: 9900037711 m/h:
AZ76NABZ01350100000000094944
S.W.İ.F.T: AZPOAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir. Tenderdə iştirak etmək istəyənlər
03.08.2018-ci il saat 17:00-dək aşağıdakı sənədləri “Bakı Telefon Rabitəsi” MMC-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən inzibati binasında təqdim etməlidirlər (tender təklifi və təklifin təminatı 2% Bank Zəmanəti istisna olmaqla). Göstərilən vaxtdan gec təqdim edilən sənədlər qəbul edilməyəcəkdir.
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).
4. Tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış.
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq
olunmuş maliyyə hesabatının surəti.
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
9. İddiaçıların müvafiq mallar üzrə uyğunluq sertifikatları.
10. Digər sənədlər. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır
(xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender təklifini və bank təminatını
13.08.2018-ci il saat 17:00-a qədər “Bakı Telefon Rabitəsi” MMC-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən inzibati binasında təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Yuxarıda göstərilən sənədlər düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə tenderdə iştirak etmək istəyən malgöndərən iddiaçı kimi qeydə alınacaqdır. İştirakçıların təklif zərfləri 14.08.2018- ci il saat 15:00-da “Bakı Telefon Rabitəsi” MMC-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən inzibati binasında açılacaqdır. İştirakçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tenderlə əlaqədar daha ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxsə müraciət edə bilərlər. Əlaqələndirici şəxs: Qafarov Elxan Misir oğlu, tel.: (+994 12) 493-84-99