Tenderlər

"Bakı Telefon Rabitəsi" biri 3 min 245 manatdan - TAKSAFON KABİNALARI ALIB

"Bakı Telefon Rabitəsi" biri 3 min 245 manatdan - TAKSAFON KABİNALARI ALIB | FED.az
12:26 1 İyun 2020

"Bakı Telefon Rabitəsi" MMC taksafon kabinalarının alınması üçün elan etdiyi tenderlərin qalibini açıqlayıb.

Eləcə də bax: BNA yol nişanları üçün - 4,8 MİLYON MANAT XƏRCLƏYƏCƏK

FED.az xəbər verir ki, tenderin qalibi "Aztelmaş" MMC olub.

"Bakı Telefon Rabitəsi" 7 ədəd London tipli taksafon kabinalarının satın alınması üçün "Aztelmaş" MMC ilə 22 min 715 manat məbləğində müqavilə bağlayıb.

Kabinaların xüsusiyyətləri aşağıdakı kimidir.

1. Kabinanı ankerli boltlarla divara bərkidilmə yivləri M10.

2. Kabinanı ankerli boltlarla yerə bərkidilmə üçün metal plastin 10 sm və yivlər M10.

3. Kabinanın içəridən eni 82 sm.

4. Kabinanın ölçüsü 900x2400x820 mm.

5. İstifadə olunacaq material: Dəmir listlər (2 mm), qutu profillər (40x20 mm), dayaq künclüklər (60 mm).

6. Üzlənmə (dəmir list) - iki tərəfli (çöl/iç).

7. Bərkidilmə üsulu -Anker bolt (divara və yerə).

8. Rəngi – qırmızı (sifarişçi ilə dəqiqləşdiriləcək).

9. Boyalama üsulu – sulu boya.

Digər xəbərlər

Banner