Bakı Səhiyyə İdarəsi mal və xidmət alır– TENDER ELANI
13:47
31 Avq 2018
FED.az xəbər verir ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsi tabeliyindəki xəstəxanalarda 2018-ci ilə tələb olunan malların (iş və xidmətlərin) satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDIR:
Tender 4 (dörd) lot üzrə keçirilir.
Lot - 1. Kоmmunikasiya və elektrik işlərinin satınalınması.
Lot – 2. Sair xərclərin satınalınması.
Lot – 3. Mətbəə xərclərinin satınalınması.
Lot – 4. Dəftərxana və təsərrüfat mallarının satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununa uyğun yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Malların təchizatı cədvəli hər ay müəyyən edilmişdir və 30 dekabr 2018-ci il tarixə kimi nəzərdə tutulmuşdur.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Xanlar Hüseynov, telefon: 012 495-38-28.
Ünvan:Bakı, M. Mirqasımov küçəsi 1A, Bakı Şəhər Baş Səhiyyə İdarəsi.
Maraqlananlar lotlar üçün əsas şərtlər toplusunu aşağıdakı məbləğdə işitrak haqqını ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.
İştirak haqqı
lot - 1 üçün 150 manat
lot – 2, lot – 3 və lot - 4 üçün isə 250 manatdır.
İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
ADI: MNDXA – nın 8 saylı Xəzinədarlıq İdarəsi
KOD: 210005
VÖEN: 1401555071
M/h: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK: CTREAZ22
H/h: AZ54CTRE00000000000002128202
Kitab: 002736
Fond 7
Büdcə səviyyə kodu 142340
VÖEN: 1400125591
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar tenderdə iştirak etmək üçün 3 oktyabr 2018-ci il saat 18.00 –a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının son bir illik maliyyə vəziyyəti barədə bank arayışı;
- iddiaçının hüquqi statusunu təsdiq edən sənədlər: rekvizitləri, qeydiyyat şəhadətnaməsinin, nizamnamənin və lisenziyanın surəti;
- iddiaçının potensial imkanlarının olması haqqında texniki məlumat;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub– olmaması haqqında arayış.
İddiaçıların tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.
Tender təklifləri 2 nüsxədə (əsli və surəti) tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı ilə birlikdə 12 oktyabr 2018-ci il saat 16.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə Bakı, M.Mirqasımov küçəsi 1A nömrəli ünvanda yerləşən Bakı Şəhər Baş Səhiyyə İdarəsinə təqdim olunmalıdır.
Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunur. Bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır.
İddiaçıların təklif zərfləri Bakı şəhəri, M.Mirqasımov küçəsi 1A nömrəli ünvanda yerləşən Bakı Şəhər Baş Səhiyyə İdarəsinin mərkəzi mühasibatlığında 15 oktyabr 2018-ci il saat 10.00-da açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştiak edə bilərlər.