Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi əməkdaşlarının könüllü tibbi sığortalanması üçün açıq tender elan edib.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
İddiaçılar ilkin sənədləri oktyabrın 6-sı, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 16-sı, saat 10:00-a qədər idarənin Bakı şəhəri, Nəsimi rayonu, Füzuli kücəsi, 37 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə oktyabrın 17-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.