“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri üçün podratçı seçir.
Eləcə də bax: Bakının mənzil-kommunalı üçün iri məbləğli - SATINALMA
FED.az xəbər verir ki, seçim təkliflər sorğusu üsulu ilə keçirilir.
İştirak haqqı – 2 min manatdır.
Şirkətlərdən təkliflər 25 oktyabr saat 12:00-də qəbul olunur. Təkliflərin açılması proseduru 26 oktyabr saat 12:00-da baş tutacaq.
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev 17. Əlaqələndirici şəxs: Əhməd Məmmədov. Telefon: (012) 496-52-05. (İnterfaks)