Bakı Şəhər İcra Hakimiyyətinin "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Eləcə də bax: "İçərişəhər " Muzey Mərkəzi tenderin qalibini - AÇIQLADI
FED.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi "Star Construction-12" QSC olub.
Tender müsabiqəsinin şərtlərinə əsasən "Star Construction-12" QSC Bakı şəhər ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri görəcək. Qeyd olunan işlər üçün Bakı Şəhər İcra Hakimiyyəti "Star Construction-12" QSC-yə 16 milyon 559 min 900 manat vəsait ayıracaq.
Qeyd edək ki, "Star Construction-12" QSC 04.03.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 manat olan MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Binəqədi şossesi, ev 53-də yerləşir. MMC-nin qanuni təmsilçisi Bayramov Mirsahib Atamalı oğludur.
Onu da bildirək ki, bugünə kimi çoxsaylı tender müsabiqələrinin qalibi olan "Star Construction-12" QSC-nin direktoru Bayramov Mirsahib Atamalı oğlu daha əvvəl Bakı şəhəri üzrə Təhsil İdarəsində Təmir-tikinti və təchizat sektorunun müdiri olub. Mətbuatda yazılır ki, Mikayıl Cabbarov Təhsil naziri olduğu zaman Mirsahib Bayramov tutduğu vəzifədən azad olunub. (Yeniavaz)