“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanması ilə əlaqədar açıq tender elan edir.
Mərkəzi Bank tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər. (Əlaqələndirici şəxs - Əhməd Məmmədov, 496-52-05).
İştirak haqqı l LOT üçün 300 (üç yüz) manatdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Təşkilat: Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti
H/H: AZ22IBAZ38030019446253269215
VÖEN: 1702563281
Kod: 805625
VÖEN: 9900001881
M/h: AZ03NABZ01350100000000002944
SWIFT: IBAZAZ2X
İştirak haqqı heç bir halda qeri qaytarılmır və ödənişlər ancaq “ASAN ödəniş” vasitəsiilə həyata keçirilməlidir.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərfin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (təklifin qüvvədə olduğu müddətdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- iddiaçının müvafiq sahədə fəaliyyət göstərməsinə icazə verən lisenziya;
- iddiaçının bu sahədə peşəkarlığını əks etdirən məlumatlar:
- əsas işçi heyəti və idarəetmə aparatında çalışanların ixtisasları və iş təcrübələri barədə məlumat;
- iddiaçının texniki imkanları (inzibati və istehsalat sahələri, nəqliyyat vasitələri və digər avadanlıqları) barədə məlumat;
- son 3 ildə iddiaçı tərəfindən icra edilmiş oxşar layihələr barədə məlumat.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə aid sənədləri 01 sentyabr 2021-ci il saat 11:00-dək, tender təklifi ilə bank zəmanəti sənədlərini isə 09 sentyabr 2021-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 10 sentyabr 2021-ci il saat 11:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə Portal vasitəsilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır. Tenderdə yalnız “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-1.1-ci maddəsində göstərilən meyarlara uyğun gələn iddiaçılar iştirak edə bilərlər.