“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi məqsədilə tələb olunan müxtəlif növ malların alınması məqsədilə açıq tender elan edir.
Təhsil İnstitutu kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini etender.gov.az elektron Portalı vasitəsilə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini təqdim edə bilərlər (əlaqələndirici şəxs: Əhməd Məmmədov, 496-52-05).
LOT 1 - 1000,00 manat
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti
H/h: AZ22IBAZ38030019446253269215
VÖEN :1702563281
Kod : 805625
VÖEN : 9900001881
M/h : AZ03NABZ01350100000000002944
S.W.İ.F.T IBAZAZ2X
İştirak haqqı heç bir halda qeri qaytarılmır.
İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərfin açıldığı tarixdən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi qiymətlərin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- dövlət satınalmaları müsabiqəsində iştirak etmiş oxşar işlərə dair son 3 ildə bağlanmış müqavilələrin surəti (təsdiqli formada);
- müəssisənin rəhbərinin məhkumluq haqqında arayışı (notarial təsdiqli);
- mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olmasına dair məlumat;
- tikinti işlərinin həyata keçirilməsi ilə bağlı müvafiq lisenziya.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 17 avqust 2021-ci il saat 11:00-a kimi, tender təklifi ilə bank təminatı sənədlərini möhürlənmiş zərfdə Nəcəfqulu Rəfiyev, 17 ünvanına 25 avqust 2021-ci il saat 18:00-a qədər təqdim etməlidirlər. İddiaçıların təklifləri 26 avqust 2021-ci il saat 11:00-da Nəcəfqulu Rəfiyev, 17 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri açılış prosedurunda iştirak edə bilərlər.