"Bakı Şəhər Əsaslı Tikinti və Təmir” “Suraxanı rayonu, Əmircan qəsəbəsində 87 nömrəli orta məktəbin köhnə korpusunun sökülərək 1752 şagird yerlik yeni korpusların tikintisinin davam etridirilməsi”nin satın alınması məqsədilə təkliflər sorğusu elan edir.
İcra Hakimiyyəti “Xəzər” avtomobili - Aldı
FED.az xəbər verir ki, təkliflər sorğusu iştirakçılarına təklif edilir ki, öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün prosedur iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Təkliflər sorğusunda iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.
Əlaqələndirici şəxs: Əhməd Məmmədov, tel: 012 496-52-05.
İştirak haqqı - 500,00 manat
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti
H/h: AZ22IBAZ38030019446253269215
VÖEN: 1702563281
Kod: 805625
VÖEN: 9900001881
M/h: AZ03NABZ01350100000000002944
SWIFT: IBAZAZ2X
İştirak haqqı heç bir halda qeri qaytarılmır.
İştirakçılar təkliflər sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- təkliflər sorğusunda iştirak etmək üçün ərizə;
- təkliflər sorğusunda iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- təkliflər sorğusu təklifi (zərfin açıldığı tarixdən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- təkliflər sorğusu təklifi qiymətlərin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;
- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- dövlət satınalmaları müsabiqəsində iştirak etmiş oxşar işlərə dair son 3 ildə bağlanmış müqavilələrin surəti (təsdiqli formada);
- tikinti işlərinin həyata keçirilməsi ilə bağlı müvafiq lisenziya.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki təkliflər sorğusu sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar təkliflər sorğusu ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar öz təkliflərini Əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun hazırlamalı, təkliflər sorğusunda iştirak üçün sənədləri qapalı, ayrı-ayrı möhürlənib imzalanmış ikiqat zərflərdə 19 oktyabr 2021-ci il saat 15:00-dək Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev, 17 ünvanına (əlaqələndirici şəxs - Əhməd Məmmədov, telefon: (012) 496-52-05) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 20 oktyabr 2021-ci il saat 11:00-da Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev, 17 ünvanında açılacaqdır.