"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda 2024-cü ildə mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi məqsədilə tələb olunan müxtəlif növ malların satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 8 000 manatdır.
Lot - 1. 2024-cü ildə mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi məqsədilə tələb olunan müxtəlif növ malların satın alınması.
Tender iştirakçılarına təklif olunur ki,öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini təqdim edə bilərlər (əlaqələndirici şəxs - Əhməd Məmmədov,
496-52-05) .
İştirak haqqı heç bir halda qeri qaytarılmır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər: Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti
H/h- AZ22IBAZ38030019446253269215
VÖEN-1702563281
Kod- 805625
VÖEN- 9900001881
M/h- AZ03NABZ01350100000000002944
SWİFT-IBAZAZ2X
İştirakçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.
- tenderdə iştirak etmək üçün ərizə;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 90 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifinin 1 faizi həcmində bank təminatı;
- tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır;
- müqavilənin yerinə yetirilməsinin təminatı müqavilənin yerinə yetirilmə müddətindən sonra 30 bank günü çox olmalıdır. Müqavilənin yerinə yetirilməsi təminatı 5 faizdir;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə sənəd;
- mənfəət vergisinin bəyannaməsi (2022-ci ili əhatə etməli və hesabat vergi orqanı tərəfindən məktubla təsdiq edilməlidir. Təsdiq məktubu elektron qaydada əldə olunduqda notarial təsdiqlı təqdim edilməlidir);
- pul vəsaitlərinin hərəkəti haqqında hesabat, mənfəət və zərər haqqında hesabat (2022-ci ili əhatə etməli və hesabatlar müstəqil auditor tərəfindən təsdiq edilməlidir) ;
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə;
- iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;
- anbar sahəsinin olması barədə məlumat;
- mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olması barədə məlumat.
- AZSİSO sertifikatı : 9001
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 29 dekabr 2023-cü il saat 11.00-a, tender təkliflərini və tender təkliflərinin təminatlarını möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə Bakı, Nəcəfqulu Rəfiyev küçəsi 17 nömrəli ünvana 11 yanvar 2024-cü il saat 17.00-a qədər təqdim etməlidirlər.
İddiaçıların təklifləri 12 yanvar 2024-cü il saat 11.00-da Bakı, Nəcəfqulu Rəfiyev küçəsi 17 nömrəli ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri açılış prosedurunda iştirak edə bilərlər.