Bakı Şəhər Baş Səhiyyə İdarəsi tabeliyindəki müəssisələrə stomatoloji xidmətin satın alınması məqsədilə açıq tender elan edir.
Qida Təhlükəsizliyi Agentliyi kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçıları dövlət satınalmalarının www.etender.gov.az vahid internet portalına (portal) elekton imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumat əldə edə bilərlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Malların təchizatı, iş və xidmətlərin yerinə yetirilməsi cədvəli hər ay müəyyən edilmiş və 2021-ci il dekabrın 30-na kimi nəzərdə tutulmuşdur.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs – Xanlar Hüseynov, telefon – 012 1 595 38 28.
Ünvan – Bakı, M. Mirqasımov küçəsi 1A, Bakı Şəhər Baş Səhiyyə İdarəsi.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəslə təqdim edə bilərlər.
İştirak haqqı 150 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
ADI- MNDXA - nın 8 saylı Xəzinədarlıq İdarəsi
VÖEN – 1401555071
Kod – 210005
M/h – AZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK: CTREAZ22
H/h – AZ54CTRE
00000000000002128202
Kitab – 002736
Fond – 7
Büdcə təsnifatının kodu –142330
VÖEN – 1400125591
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.
1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.
2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır).
3. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 (otuz) bank günü çox olmalıdır).
4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
4.1 Vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış.
4.2 Malgöndərənin (podratçının) fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
4.3 Maliyyə vəziyyəti haqqında bank arayışı.
4.4 İddiaçıların son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanları haqqında məlumat.
4.5 İddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) notariat qaydasında təsdiq dilmiş surətləri.
4.6 Sahibkarlıq subyekti barədə arayış.
4.7 İddiaçının bank rekvizitləri.
Sənədlər Azərbaycan dilində tərtib olunmalı (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir) və portala yüklənməlidir. İddiaçılar tenderlə bağlı sualları yalnız portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 27 iyul 2021-ci il saat 10.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 4 avqust 2021-ci il saat 9.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların tender təkliflərinin açılışı 5 avqust 2021-ci il saat 10.00-da dövlət satınalmalarının vahid internet portalında aparılacaqdır.
QEYD – tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedur-lar yalnız elektron qaydada portal vasitəsilə aparılır.