Bakı Sağlamlıq Mərkəzi bir-birinin ardınca iki təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, birinci sorğu "Mərkəzi havalandırma sisteminin tez köhnələn hissələrinin dəyişdirilməsi və bərpası xidmətinin satınalınması" ilə bağlıdır. Təkliflər sorğusuna "Ana kart təmiri Compressor yağı Freon 410 A İdarə etmə ana kart Compressor invertor kart Fan kart invertor Split tipi clima 24.000 BTU Copeland compressor çiller üçün Compressor invertor VRF 8 HB Compressor invertor VRF 12 HB Compressor invertor VRF 16 HB Fan kart təmiri Çöl fan motor invertor Compressor invertor kart təmiri" daxildir.
Maraqlanan təşkilatlar +994512297087 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 20.12.2022 17:00 - 06.01.2023 12:00 tarixinədək qəbul olunur.
İkinci tender "Toshiba markalı MRT və KT cihazlarının tələb olunan ehtiyyat hissələrinin satınalınması, quraşdırılması və kalibrovkası xidməti" ilə bağlıdır.Təkliflər sorğusuna "Toshiba Vantage Elan Maqnit Rezonans Tomoqraf üçün soyutma sisteminin başlığının yenisi ilə əvəz olunması, Toshiba mühəndisləri tərəfindən dəyişdirilməsi və kalibrovkası Toshiba Aquilion Kompüter Tomoqrafiya qurğusu üçün şüa borusunun yenisi ilə əvəz olunması, dəyişdirilməsi və kalibrovkası Toshiba Aquilion Kompüter Tomoqrafiya qurğusu üçün şüa borusunun soyutma sisteminin yenisi ilə əvəz olunması, dəyişdirilməsi və kalibrovkası Toshiba Vantage Elan Maqnit Rezonans Tomoqraf üçün kompressorun yenisi ilə əvəz olunması, dəyişdirilməsi və kalibrovkası" daxildir.
Maraqlanan təşkilatlar +994512297087 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 20.12.2022 15:00 - 06.01.2023 12:00 tarixinədək qəbul olunur