Bakı Nəqliyyat Agentliyi tenderin qalibini elan edib.
Dövlət Komitəsi V Ümumrespublika Uşaq Forumunun təşkili üçün - Tender Keçirir
FED.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi və tabeli qurumlarına məxsus əmlak və inventarların dezinfeksiya işlərinin aparılması məqsədilə lazım olan mal, iş və xidmətlərin satınalınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.Açıq tenderin qalibi “ECOMEDİ” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur.
Bakı Nəqliyyat Agentliyi qalibə 408 min 963 manat ödəyəcək.
Eyni zamanda 19 iyun 2021-ci il tarixində BNA-nın nəzdində fəaliyyət göstərən “Bakubus” MMC “Ecomodi” MMC ilə maliyyə dəyəri 259 min 497 manat təşkil edən satınalma müqaviləsi imzalayıb.
Müqavilədə dezinfeksiya işləri, dezinfeksiyaedici məhlullar və birdəfəlik tibbi maskaların satınalınması nəzərdə tutulur.