Bakı Nəqliyyat Agentliyi “Agentliyin verilənlər bazalarının, elektron sənədlərin, video məlumatların, səs yazılarının və serverlərin əməliyyat sistemlərinin məlumat saxlama avadanlıqları üçün istehsalçının zəmanət-texniki dəstək xidməti paketinin 12 aylıq uzadılmasının və 12 aylıq texniki dəstək xidmətlərinin satın alınması” üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak üçün tələb olunan məbləğ 450 manatdır, müsabiqə oktyabr ayının 31-də başlayıb, tələb olunan sənədlər noyabrın 23-dək, tender təklifləri isə dekabr ayının 1-dək təqdim edilməlidir. Zərflər dekabr ayının 2-də açılacaq.
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Ziya Bünyadov 111