Bakı Nəqliyyat Agentliyi müxtəlif təyinatlı svetoforlar və hissələrinin, səsli qurğuların, xüsusi düymələrin, dirəklərin və kontrolerlərin satın alınması məqsədilə açıq tender elan edir.
FED.az TENDER xəbər verir ki, tender 1 (bir) lot üzrə keçiriləcək.
Lot 1 - Müxtəlif təyinatlı svetoforlar və hissələri, səsli qurğular, xüsusi düymələr, dirəklər və kontrolerlər
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ziya Bünyadov 111 ünvanından (Əlaqələndirici şəxs: Çobanova Sevinc Ələddin qızı telefon: 404-41-20 (daxili 2268)) ala bilərlər.
İştirak haqqı: Lot 1 - 1000 manat
Bank adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T. BİK: CTREAZ 22
Bakı Nəqliyyat Agentliyi
Hesab: AZ88CTRE00000000000008147701
VÖEN: 1503112971
Büdcə təsnifatının kodu: 142340
Büdcə səviyyəsinin kodu: 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-Tenderdə iştirak etmək üçün yazılı müraciət;
-Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü ərzində qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
-İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank təminatı istisna olmaqla) 30.05.2019-cu il saat 12:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 12.06.2019-cu il saat 12:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov 111 ünvanında yerləşən Bakı Nəqliyyat Agentliyinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 13.06.2019-cu il tarixdə saat 12:00-da Bakı şəhəri, Ziya Bünyadov 111 ünvanında yerləşən Bakı Nəqliyyat Agentliyində açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Bakı Nəqliyyat Agentliyi svetofor alır - TENDER
10:06
24 Aprel 2019