Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi 2021-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi və maliyyə hesablarına audit rəyi üçün kotirovka sorğusu elan edib.
Dövlət xəstəxanası tender - ELAN ETDİ - SİYAHI
FED.az xəbər verir ki, kotirovkada iştirak haqqı 100 manatdır.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini avqustun 8-i, saat 12:00-a qədər BNA-nın Bakı şəhəri, Ziya Bünyadov küçəsi, 111 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə avqustun 9-u, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq. (Report)