Bakı Nəqliyyat Agentliyinin "Məişət tullantılarının yığılması və daşınması" kotirovka sorğusu ləğv edilib.
FED.az xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olması olub.
Belə ki, Dövlət Satınalmaları haqqında Qanunun 11.1-ci maddəsinə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və 5 bank günü ərzində məlumat verir.