“Bakı Metropoliteni” QSC ““Bakı Metropoliteni” QSC-nin stansiyaları, binaları, qurğuları və avadanlıqlarının təmizlənməsi xidmətinin satınalınması” tenderinin nəticələrini elan edib.
İTV təmizlik xidməti alır - ŞƏRTLƏR
FED.az xəbər verir ki, tenderin qalibi “Tais İKF” MMC olub.
Qalib şirkətlə 3 992 225 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Tais İKF” MMC 1994-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rafail Şirinov Məmməd oğludur. Hüquqi ünvanı AZ1029, Bakı Şəhəri Nərimanov Rayonu, Ələsgər Qaibov, ev 5 ünvanında yerləşir.