“Bakı Metropoliteni” QSC ““Bakı Metropoliteni” QSC-nin stansiyaları, binaları, qurğuları və avadanlıqlarının təmizlənməsi işlərinin satınalması” təkliflər sorğusunun nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “TAİS İKF” MMC olub.
“Bakı Metropoliteni” QSC - TENDER ELAN EDİR
Şirkətlə 3 342 915 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “TAİS İKF” MMC 1994-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rafail Şirinov Məmməd oğludur. Hüquqi ünvanı Az1029, Bakı Şəhəri Nərimanov Rayonu, Ələsgər Qaibov, Ev 5 ünvanında yerləşir.