“Bakı Metropoliteni” iri məbləğli tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki, "Azlubritech" MMC qalib elan olunub.
Qalib gəlmiş şirkətə 1 779 812 manat ödəniləcək.
Qeyd edək ki, tenderdə «Bakı Metropoliteni» QSC-nin istifadəsində olan 81-717-714,81-760-763,81-765-766 seriyalı vaqonların, Victoria, Victoria TUBE və Tugela markalı eskalatorların, tunel qazıyan qurğuların mexaniki avadanlıqlarının cari istismarı və təmiri zamanı mövcud tələblərə uyğun istifadə olunan xüsusi təyinatlı sənaye sürtkü yağlarının satın alınması nəzərdə tutulur.