"Bakı Metropoliteni" QSC-nin tenderinin qalibi məlum olub.
FED.az xəbər verir ki, tenderi "Bakinity Distribution" MMC qazanıb. Tender "Bakı Metropoliteni" QSC-nin N.Nərimanov adına elektrik Deposu ərazisində “Depolar üzrə iş Departamenti” üçün İKT infrastrukturunun yaradılması işlərinin satın alınması üzrə keçirilib.
Metropoliten şirkətlə 1 milyon 206 min 271 manat məbləğində müqavilə bağlayıb.