"Bakı Metropoliteni" QSC ““Bakı Metropoliteni” QSC -nin Nəriman Nərimanov adına elektrik deposunun qanovlarında istifadə olunan iş platformasının və “Qırmızı və Yaşıl xətləri”ndə tikilmiş ventilyasiya şaxtalarında quraşdırılacaq hava tənzimləyici klapanların (dampferlərin) satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Bakı-Mexaniki-Təmir” ASC olub.
Şirkətlə 351 864 manat məbləğində müqavilə imzalanıb.