“Bakı Metropoliteni” QSC açıq tender elan edir.
FED.az xəbər verir ki, tender elanı “Bakı Metropoliteni” QSC-nin “Nəriman Nərimanov” adına elektrik deposunun 17-18-19 saylı qanovlarda, 28 May yarımstansiyasında, İnzibatı binanın avtodayanacaqda, Vaqonların Əsaslı Təmir xidmətində döşəməyə hamar səthli poliüretan beton örtüyünün çəkilməsi işlərinin satın alınması işləri ilə bağlıdır.
Tenderdə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1402871431
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri,Nəsimi r-nu M.Rəfili 16
Müsabiqənin başlama tarixi və vaxtı: 03.04.2023 11:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 25.04.2023 14:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 03.05.2023 14:00
Zərflərin açılış tarixi və vaxtı: 04.05.2023 14:00
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.
Ödəniş şərtləri - Müqavilə üzrə ödəniş, hissə-hissə, mərhələlərlə, və ya tam şəkildə göstərilmiş işin faktiki olaraq Sifarişçiyə təhvil verildikdən sonra təqdim etdiyi sənədlər əsasında (hesab-faktura, forma-2, elektron qaimə və s sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 (on beş) bank günündən gec olmamaq şərti ilə aparılacaq.
Çatdırılma yeri - Bakı Metropoliteni QSC-nin obyektləri
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - 12 ay
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Elvin Bağırov ,Satınalmaların təşkili və müqavilələr şöbəsinin rəisi
Email: [email protected]
Əlaqə telefonu: 490-01-01