“Bakı Metropoliteni” QSC qapıların sökülməsi və quraşdırılması üzrə tender elan edir.
FED.az xəbər veri ki, tender elanı ""Xalqlar dostluğu", "Cəfər Cabbarlı" və "20 Yanvar" stansiyalarında sıradan çıxmış "M" tipli qapıların sökülməsi və paslanmaz metaldan "M" tipli qapıların hazırlanıb quraşdırılması işlərinin satın alınması" ilə bağlıdır.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır. Müsabiqə fevral ayının 13-də başlayır.Tələb olunan sənədlər martın 3-dək, təkliflər isə martın 14-dək təqdim edilməlidir. Zərflər mart ayının 15-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1402871431
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri,Nəsimi r-nu M.Rəfili 16
Çatdırılma yeri:Bakı Metropoliteni QSC-nin obyektləri
Çatdırılma müddəti: Müqavilə imzalandığı andan qüvvəyə minir və 01.05.2024-cü il tarixinə qədər qüvvədədir, zəmanət hissəsində isə zəmanət müddəti bitənədək.