"Bakı Metropoliteni" QSC açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda “Bakı Metropoliteni” QSC-nin Nərimanov elektrik deposunun 15-16-17 saylı qanovlarında, “28 May” A-2 yarımstansiyasında, Depolar üzrə iş Departamentinin 119 saylı otağında və Depolar üzrə iş Departamentinə aid vaqonaltı təkəryonma binasında döşəməyə hamar səthli poliüretan beton örtüyünün çəkilmə işlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 250 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i: 1402871431
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri,Nəsimi r-nu M.Rəfili 16
Müsabiqənin başlama tarixi və vaxtı: 07.12.2023 10:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı:
28.12.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 10.01.2024 11:00
Zərflərin açılış tarixi və vaxtı: 11.01.2024 11:00
Ödəniş şərtləri : Müqavilə üzrə ödəniş, hissə-hissə, mərhələlərlə, və ya tam şəkildə göstərilmiş işin faktiki olaraq Sifarişçiyə təhvil verildikdən sonra təqdim etdiyi sənədlər əsasında (hesab-faktura, forma-2, elektron qaimə və s sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 (on beş) bank günündən gec olmamaq şərti ilə aparılacaq.
Çatdırılma yeri: Bakı Metropoliteni QSC-nin müxtəlif obyektləri
Çatdırılma müddəti : 12 ay
Çatdırılma şərtləri : DDP
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Elvin Bağırov, Satınalmaların təşkili və müqavilələr şöbəsinin rəisi
Email: [email protected]
Əlaqə telefonu : 490-01-01