"Bakı Metropoliteni" QSC ““Bakı Metropoliteni” QSC-nin inzibati binalarında 2023-cü il üçün təmizlik işlərinə dair xidmətin göstərilməsinin satınalınması” üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak üçün tələb olunan məbləğ 350 manatdır, müsabiqə noyabr ayının 18-də başlayır, tələb olunan sənədlər dekabrın 9-dək, tender təklifləri isə dekabr ayının 19-dək təqdim edilməlidir. Zərflər dekabr ayının 20-də açılacaq.
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri,Nəsimi r-nu M.Rəfili 16.