“Bakı Metropoliteni” QSC ““Bakı Metropoliteni” QSC-nin inzibati binalarında 2023-cü il üçün təmizlik işlərinə dair xidmətin göstərilməsinin satınalınması” tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi "Master Clean” MMC olub. Tenderin dəyəri 247 min 565.37 manatdır.
Qeyd edək ki, şirkət bundan əvvəl qurum tərəfindən elan edilmiş əvvəlki eyniadlı təmizlik tenderlərin də qalibi seçilib.
Tenderin adı |
Məbləğ (manat) |
Tarix |
“Bakı Metropoliteni” QSC-nin inzibati binalarında 2022-ci il üçün təmizlik işlərinə dair xidmətin göstərilməsinin satınalınması |
253 min 653.63 |
14.12.2021 |
“Bakı Metropoliteni” QSC-nin inzibati binalarında 2022-ci il üçün təmizlik işlərinə dair xidmətin göstərilməsinin satınalınması |
275 min 190.31 |
24.12.2020 |
“Bakı Metropoliteni” QSC-nin inzibati binalarında 2022-ci il üçün təmizlik işlərinə dair xidmətin göstərilməsinin satınalınması |
289 min 548.07 |
27.12.2019 |