“Bakı Metropoliteni” QSC-nin 534132,66 manatlıq tenderlərinin qalibi müəyyən olub.
FED.az-ın məlumatına görə, Bakı Metropoliteni” Xocasən Sağlamlıq Mərkəzinin daxili su təchizatı, havalandırma, istilik şəbəkəsi və qazanxananın daxili mexaniki avadanlığının quraşdırılması işlərini “Kaspian Standart Co” MMC şirkətinə həvalə edib və dəyəri 265220,34 manat olan müqavilə imzalayıb.
ELƏCƏ DƏ BAX: “Azərişıq” ASC sayğac alınması üçün 947 minlik müqavilə imzalayıb
QSC-nin “Bənövşəyi xətti” üzrə şərti adı “B0-3” stansiyası üçün 3 ədəd və Elmlər Akademiyası stansiyası üçün 1 ədəd sərnişin liftinin alınması, quraşdırılması, sazlanması və işə buraxılması işlərini isə “Verti” MMC şirkəti həyata keçirəcək. Şirkət görüləcək işlərin qarşılığında “Bakı Metropoliteni” QSC-dən 268912,32 manat pul alacaq.
finans.az
“Bakı Metropoliteni” buna görə yarım milyon - XƏRCLƏYƏCƏK
21:22
23 Noy 2018