Bakı Metropoliteni avtonəqliyyat parkında mövcud olan nəqliyyat vasitələrinə servis və təmir işlərinin satınalınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 1000 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1402871431
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri,Nəsimi r-nu M.Rəfili 16
Müsabiqənin başlama tarixi və vaxtı: 07.06.2023 10:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 03.07.2023 14:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 11.07.2023 14:00
Zərflərin açılış tarixi və vaxtı: 12.07.2023 14:00
Müqavilə üzrə ödəniş, hissə-hissə, mərhələlərlə, göstərilmiş işin faktiki olaraq Sifarişçiyə təhvil verildikdən sonra təqdim etdiyi sənədlər əsasında (hesab-faktura, akt və s. sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 (on beş) bank günündən gec olmamaq şərti ilə aparılacaq.
Çatdırılma yeri - Bakı Metropoliteni QSC
Çatdırılma müddəti - 30.12.2024
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Son iki ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı (hesab qalığı göstərilməklə olmalıdır)
Nizamnamə
İddiaçının tam adı və hüquqi statusu
Qeydiyyatdan keçdiyi ölkə
Rəhbər şəxs və ya şəxslərin təyin olunması haqqında sənəd
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Uyğunluq haqqında məlumat
İddiaçının bank rekvizitləri
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Elvin Bagirov, Satınalmaların təşkili və müqavilələr şöbəsinin rəisi
Email: [email protected]
Əlaqə telefonu: 012 490 01 01