Bakı Metropoliteni daha bir tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki, qalib "Road-Pro" MMC olub.
Qalib şirkətə 532 321 manat ödəniləcək.
Qeyd edək ki, tenderdə Bakı Metropolitenində istismar olunan 81-760/761, 81-765/766 seriyalı yeni nəsil vaqonlarının və digər müxtəlif yüksək texnoloji elektron cihazlarının, modullarının və platalarının komponent səviyyəsində zəmanətli təmiri və mikrosxemlərinin proqramlaşdırılması işlərinin satınalınması nəzərdə tutulur.