"Bakı Metropoliteni” QSC 3 tenderin nəticələrini elanb edib
FED.az xəbər verir ki,72 saylı şaxtanın ətrafında yerləşən uşaq meydançası üçün əyləncə və idman aksesuarlarının satın alınması və quraşdırılması işlərinin satınalınmasına dair tenderin qalibi "POLIBAK " MMC olunub. Qalib gəlmiş təşkilat ilə 46 635 məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb.
Müxtəlif növ akkumulyatorların satınalınmasına dair tenderin qalibi “Rovel Trading” MMC olunub. Qalib gəlmiş təşkilat ilə 241 269,müvafiq satınalma müqaviləsi imzalanıb.
Yük, minik avtomobilləri və xüsusi texnikaları üçün avtomobil satınalınmasına dair tenderin qalibi “ "İMAUTO PARTS" MMC olunub. Qalib gəlmiş təşkilat ilə 408 787 , məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb.
Bağlanmış müqavilələrin ümumi dəyəri 696 691 manatdır.