Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti bır sıra xidmətlərin seçiminə dair tender elan edib.
FED.az elana istinadən xəbər verir ki, tender 5 lotdan ibarətdir: pnevmatik silah və yuxugətirici patronların alışı (lot-1), xüsusi təyinatlı avtonəqliyyat vasitələrin alışı (lot-2), laboratoriya avadanlığı, dərman vasitələri, xüsusi geyim, tor və sıxıcı alətlərin alışı (lot-3), ərzaq məhsulları və yem alışı (lot-4), yenidənqurma və tikinti-təmir işlərinin həyata keçirilməsi (lot-5).
Tenderin hər lotu üzrı iştirakın dəyəri 100 manatdır.
Tender təklifləri aprelin 27-dək qəbul olunur. Tender təklifləri ilə konvertlərin açılışı aprelin 30-da baş tutacaq