Tenderlər

"Bakı Kristal Zalı" dam örtüyünün təmirini bu şirkətə tapşırdı - MƏBLƏĞ

"Bakı Kristal Zalı" dam örtüyünün təmirini bu şirkətə tapşırdı - MƏBLƏĞ | FED.az
21:45 6 Avq 2020

"Bakı Kristal Zalı" MMC İdman - Konsert Kompleksi Mətbuat Mərkəzi təmir işləri üçün keçirdiyi tenderin qalibini açıqlayıb.

Eləcə də bax: 9 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU

FED.az xəbər verir ki, tenderin  qalibi "Aypara-İnşaat" MMC olub.

“Bakı Kristal Zalı” MMC İdman - Konsert Kompleksi Mətbuat Mərkəzinin korroziyaya uğramış sahəsi 5200 m2 dam örtüyünün dəyişdirilməsi, binanın perimetri boyu parapetin korroziyaya uğramış metal konstruksiyanın təmiri və rənglənməsi, günəşdən qoruyucu yararsız halda olan metal jaluzlərin bərpası və dəyişdirilməsi işlərinin satın alınması üçün 296 min 781 manat məbləğində müqavilə imzalayıb.

Digər xəbərlər