“Bakı Konqres Mərkəzi” MMC açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda “Bakı Konqres Mərkəzi” MMC-nin işçilərinə SƏTTƏM təlimləri xidmətlərinin satınalınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 100 manatdır.
Ödəniş şərtləri -xidmətlər tam təhvil verilənən sonra 15 bank günü ərzində
Çatdırılma yeri - Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 130
Çatdırılma müddəti - 30 ban günü
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
Maliyyə vəziyyəti haqqında bank arayışı
İxtisaslaşma məlumatları
Maliyyə informasiyası
Tender prosedurunda iddiaçı tərəfindən əlaqələndirici şəxs haqqında məlumat
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Emin Rüstəmov, Satınalma mütəxəssisi
Email: [email protected]
Əlaqə telefonu: +994502739958
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
SƏTTƏM Təlimi |
Yanğınla ilkin mübarizə |
47 |
nəfər |
2 |
SƏTTƏM Təlimi |
“SƏTTƏM” haqqında ümumi anlayış |
39 |
nəfər |
3 |
SƏTTƏM Təlimi |
Ofis təhlükəsizliyi |
20 |
nəfər |
4 |
SƏTTƏM Təlimi |
İlk yardım |
33 |
nəfər |
5 |
SƏTTƏM Təlimi |
Anbar təhlükəsizliyi |
11 |
nəfər |