Bakı Konqres Mərkəzi audit xidməti ilə bağlı tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qalib "Abacus Audit and Consulting" MMC (VÖEN: 1503469551) seçilib.
Qalib şirkətə 12 390 manat xidmət haqqı ödəniləcək
Qeyd edək ki, həmin tenderdə “Bakı Konqres Mərkəzi” MMC-nin 2022-ci ilin maliyyə hesabatlarının Beynəlxalq standartlara uyğunluğunun auditini həyata keçirilməsi işlərinin satınalınması nəzərdə tutulur.
Məlumat üçün onu da əlavə edək ki, "Abacus Audit and Consulting" MMC 16.02.2017-ci ildə dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 21 310 manatdır. Qanuni təmsilçisi Rüfət Zeynalov Rəhman oğludur.
Hüquqi ünvanı Az1007, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin, ev 30, m 60-da yerləşir.