Bakı Konqres Mərkəzi audit xidməti ilə bağlı tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qalib "Abacus Audit and Consulting" MMC seçilib.
Qalib şirkətə 12 390 manat xidmət haqqı ödəniləcək
Qeyd edək ki, həmin tenderdə “Bakı Konqres Mərkəzi” MMC-nin 2022-ci ilin maliyyə hesabatlarının Beynəlxalq standartlara uyğunluğunun auditini həyata keçirilməsi işlərinin satınalınması nəzərdə tutulur.
Məlumat üçün onu da əlavə edək ki, "Abacus Audit and Consulting" MMC 16.02.2017-ci ildə dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 21 310 manatdır. Qanuni təmsilçisi Rüfət Zeynalov Rəhman oğludur.
Hüquqi ünvanı Az1007, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin, ev 30, m 60-da yerləşir.