Bakı Konqres Mərkəzi bir-birinin ardınca iki tender müqaviləsi imzlayıb.
FED.az xəbər verir ki, 11 min 520 manat məbləğindəki "“Bakı Konqres Mərkəzi” MMC-nin 2023-ci il üçün su təmizləmə sistemlərinə texniki servis və ehtiyat hissələrinin satınalınması" tenderi "Aquapro" MMC, 11 min 328 manat məbləğindəki "“Bakı Konqres Mərkəzi” MMC-nin binasında 2023-cü il üçün deratizasiya, dezinseksiya və dezinfeksiya işlərinin satınalınması" tenderinin qalibi isə "Alfa SS" olub.
İki tenderin ümumi məbləği 22 min 848 manatdır.