Bakı Kommersiya Məhkəməsi işçi heyətinin qida ilə təchiz edilməsinə dair təkliflər sorğusu elan edib.
FED.az xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər qida təhlükəsizliyi standartlarına ən yüksək səviyyədə cavab verməli, lazımi təcrübəyə, texniki imkanlara və personala, habelə müqavilə öhdəliklərini vaxtında və qüsursuz yerinə yetirmək imkanına malik olmalıdır.
Eləcə də bax: BNA təmizlik xidməti alır - TENDER
Qidalanma xidməti 60-70 nəfərlik məhkəmə personalına, həftənin iş günləri saat 13:00-dan 14:30-a qədər göstərilməlidir. Təkliflər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən inzibati binaya təqdim edilə bilər. Telefon: (050) 983-94-20; (012) 525-20-74. (Report)