Azərbaycanda dövlət tenderlərindən böyük vəsaitlər əldə edən daha bir tikinti şirkəti aşkar edilib.
FED.az xəbər verir ki, bu – «Star Construktion-12» QSC-dir (VÖEN 1004166441).
Sözügedən şirkət 2021-ci ildə iştirak etdiyi dövlət tenderlərində 42 milyon manatdan artıq, daha dəqiqi 42 milyon 412 min manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 6 tenderlə əldə edib – bir tenderin orta qiyməti 7 milyon manat.
Maraqlıdır ki, «Star Construktion-12» QSC-nin əsas «müştərisi» Bakı İcra hakimiyyəti və onun tabeliyində olan qurumlar olub. Şirkət 6 tenderdən 5-ni Bakı İcra hakimiyyətindən udub – 41 milyon 229 min manat.
Qeyd edək ki, «Star Construktion-12» QSC-nin nizamnamə kapitalı 2050 manatdır. Şirkətin hüquqi ünvanı Bakı Şəhəri Binəqədi Rayonu, Binəqədi Şossesi, ev 53-də yerləşir. Qanuni təmsilçisi: Mirsahib Bayramovdur.
| Tender elan edən təşkilat | Tenderin predmeti | Məbləğ | Tarix | 
| "Bakı şəhər əsaslı tikinti və təmir" MMC | Bakı şəhər ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri | 16 559 900 AZN | 03.06.2021 | 
| "Bakı şəhər əsaslı tikinti və təmir" MMC | Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satınalınması | 13 470 943 AZN | 10.06.2021 | 
| Dövlət Turizm Agentliyi | Quba rayonunda yerləşən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpası (16 ev) işləri | 1 183 024 AZN | 22.07.2021 | 
| "Bakı şəhər əsaslı tikinti və təmir" MMC | Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satınalınması. | 9 892 535 AZN | 23.11.2021 | 
| Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi | Abadlıq işlərinin satın alınması | 168 241 AZN | 17.12.2021 | 
| Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi | Kommunal-kommunikasiya xətlərinin təmiri işlərinin satın alınmas | 1 137 371 AZN | 17.12.2021 | 
| 
 | 
 | 
 | 
 | 
| 6 tender | 42 412014 AZN | 
 | |


 
            
 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








