Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tender müqavilələrinin qalibləri nəticələri bəlli olub.
Eləcə də bax:Bakı Şəhər İcra Hakimiyyətinin 4 qurumu - LƏĞV EDİLİR
FED.az xəbər verir ki, tenderlərin ümumi məbləği 4 milyon 683 min 937 manat olub. Tender bağlanan şirkətlər və məbləğləri aşağıda verilmişdir:
"Gəmiqaya-S" MMC - elektrik avadanlıqlarının təmiri satınalınması məqsədi ilə açıq tender keçirilib, 209 min 801 manat məbləğində müqavilə bağlanıb.
"İnpeks.N" MMC - Avadanlıqların alınması satınalınması məqsədi ilə açıq tender keçirilib, 329 min 421 manat məbləğində müqavilə bağlanıb.
"İnpeks.N" MMC - Digər maşın və avadanlıqların satınalınması məqsədi ilə açıq tender keçirilib, 1 milyon 544 min 931 manat məbləğində müqavilə bağlanıb.
"İnpeks.N" MMC - yumşaq inventarların satınalınması məqsədi ilə açıq tender keçirilib, 2 milyon 449 min 985 manat məbləğində müqavilə bağlanıb.
"İnpeks.N" MMC - Abadlıq İşləri satınalınması məqsədi ilə tender keçirilib, 149 min 799 manat məbləğində müqavilə bağlanıb.