Bakı Dövlət Universiteti İKT və laboratoriya avadanlıqlarının, uyğun reagentlərin satın alınması ilə bağlı böyük tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 2 200 manatdır.
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Akademik Zahid Xəlilov küç. 33
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 09.06.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 22.06.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 23.06.2023 11:00
Əlaqələndirici şəxs: NAİLƏ ƏSGƏRLİ
Əlaqələndirici şəxsin nömrəsi: (012) 539 15 36
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
- İddiaçının tam adı hüquqi statusu,nizamnaməsi qeydiyatdan keçdiyi ölkə və rekvizitlər
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi
- Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 60 bank günü
- Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 90 bank günü
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
- Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər
- 1. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (Şirkətin bank hesabı, hüquqi və faktiki ünvanı göstərilməklə rəsmi blankda imzalı formada zərfə əlavə edilməlidir); 2. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış; (Tender elanı tarixindən sonrakı tarixə Bank tərəfindən təqdim olunmalıdır -məktubun əsli əlavə edilməlidir) 3. Malgöndərənin (podratçının) vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar (Müvafiq vergi orqanı tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli rəsmi blankda və ya həmin sənədin notarial təsdiq olunmuş forması zərfə əlavə edilməlidir); 4. Malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; (mənfəət vergisinin bəyənnaməsi 2022-ci ilin yekunlarına dair)- Hesabat yalnız vergi orqanı tərəfindən təsdiqlənmiş məktubla (əsli) birlikdə təqdim edilməlidir. Məktub elektron qaydada əldə edildiyi zaman həmin məktub notarial təsdiq olunmuş forması zərfə əlavə edilməlidir. 5. Malgöndərənin (podratçının) mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd (Statistika komitəsi tərəfindən təqdim edilmiş sənəd olmalıdır); 6. Malgöndərənin (podratçının) satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd (Malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən (məhkumluq ilə bağlı arayış) tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayışı zərfə əlavə etməlidir. (əgər təsisçi direktor deyilsə Satınalma müqaviləsini imzalamaq səlahiyyəti olan şəxsin tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayışı zərfə əlavə etməlidir.); 7. Malgöndərənin (podratçının) müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd (Malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış (əgər məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notariusda təsdiq olunmuş forması ) zərfə əlavə edilməlidir.); 8. Malgöndərənin (podratçının) öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd (Malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış (əgər məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notariusda təsdiq olunmuş forması ) zərfə əlavə edilməlidir.). 9. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (Malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışının, nizamnaməsinin (hüquqi şəxslər), imza səlahiyyətinin olması (direktor təyin edilməsi barədə əmr, Əmək müqavilənin bildirişi və ya müvafiq səlahiyyətlərin verilməsi barədə etibarnamə, əgər təsisçi direktor deyilsə), vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti və rekvizitləri (hüquqi və faktiki ünvan göstərilməklə rəsmi blankda imzalı (möhürlü) formada təqdim olunmalıdır) 10. Malgöndərən (podratçı) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatları (yuxarıda qeyd olunan meyarlara uyğun) zərfə əlavə etməlidir. (subpodratçı cəlb edəcəyi təqdirdə). Malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinə dair tələb olunan sənədlər: 1. Malgöndərənin (podratçının) və cəlb olunacaq subpodratçının müvafiq sahədə peşəkarlığı və təcrübəsi Anoloji işlərə dair (İKT avadanlığı, laboratoriya avadanlığı, Kimyəvi vasitələr və yaxud reagentlər) oxşar müqavilələr (işin yerinə yetirilməsi ilə bağlı təsdiqedici sənədlər də qapalı zərfə əlavə edilməlidir) 2. Maddi-texniki baza : a) Malgöndərən (podratçı) tərəfindən cihazların və avadanlıqların – CE (Certificate of Excellence) sertifikatı təqdim olunmalıdır. b) Malgöndərənin (podratçının) malların saxlanılması üçün mülkiyyətində və ya istifadəsində anbarının mövcudluğu;(təsdiqedici sənədlər qapalı zərfə əlavə edilməlidir) c) İddiaçının mülkiyyətində və ya istifadəsində olan yükdaşıyan nəqliyyat vasitəsinin olması;( təsdiqedici sənədlər - qapalı zərfə əlavə edilməlidir)