Bakı Dövlət Universiteti daha bir tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki, yekun nəticəyə əsasən "Fire Alarm" MMC (VÖEN: 1503079821) qalib gəlib.
Qalib şirkətə 3 367 815 manat ödəniləcək.
Qeyd edək ki, tenderdə Bakı Dövlət Universitetinin tədris və yardımçı binalarının yanğından mühafizəsi üçün kommunikasiya və hidrant sistemlərinin quraşdırılması işlərinin satın alınması nəzərdə tutulur.