Bakı Dövlət Universiteti “Bakı Dövlət Universitetinin ərazisində yeni tikiləcək Qazanxana üçün avadanlıq və qurğuların satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “A.E.S.-Trading” MMC olub.
Qalib şirkətə 2 498 019 manat ödəniləcək.
Qeyd edək ki, “A.E.S.-Trading” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elvin Əhmədov Valeryeviç. Hüquqi ünvanı Az1117, Bakı Şəhəri Binəqədi Rayonu, Biləcəri Ştq, Ə.Qasımov, ev 25 ünvanında yerləşir.